AZ

"Döyüşlərin dayandırılması perspektivi yoxdur"

"Döyüşlərin

2026-cı ildə hərbi əməliyyatların davam etməsi və ya başa çatması əsasən Rusiya rejiminin cəmiyyət üzərində nəzarəti saxlamağa imkan verən müharibəni davam etdirmək istəyi ilə Rusiya iqtisadiyyatının ordunu dəstəkləmək qabiliyyəti arasındakı ziddiyyətin necə həll olunacağı ilə müəyyən ediləcək.

Bunu xalqcebhesi.az-a Strateji Araşdırmalar İnstitutunun direktor müavini Maksim Palamarçuk deyib.

O, qeyd edib ki, digər dəyişən isə Ukraynanın strateji müdafiəsinin effektivliyi olacaq:

"Rusiya rejimi indiyədək repressiya və “sürünən hücum” şəklində uğur nümayiş etdirərək hədə-qorxu ilə iqtisadi elita və əhali arasında narazılığı yatırmağa müvəffəq olub.

Əgər 2006-cı ildə Rusiya iqtisadiyyatı hərbi əməliyyatların indiki tempini az-çox saxlamağa imkan versə, Ukrayna müdafiə qüvvələrinin effektivliyini müəyyənləşdirəcək.

Bu vəziyyətdə ən çox ehtimal olunan ətalət ssenarisi Rusiya tərəfindən böyük itkilərlə ödəniləcək yavaş irəliləyişdir. Döyüşlərin dayandırılması perspektivi yoxdur".

Cavid

Seçilən
30
1
xalqcebhesi.az

2Mənbələr