AZ

İkisini heyətə qatan "Karvan" daha ikisini istəyir - AÇIQLAMA

"Bəli, müdafiəçi Rauf Rüstəmli ilə Samir Abdullayev düşərgəmizdədir. Hər iki oyunçu məşqlərə qatılır".

Bunu Fanat.Az-a açıqlamasında "Karvan-Yevlax"ın məşqçisi Füzuli Məmmədov deyib.

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan Yevlax təmsilçisinin çalışdırıcısı daha iki futbolçu ilə güclənməyə çalışacaqlarını vurğulayıb: "Daha iki transferə ehtiyacımız var. Bildiyiniz kimi, yalnız yerli oyunçular götürə bilərik. Hazırda bu yöndə danışıqlar gedir".

Müdafiəçi Rauf Hüseynov "Sabah"dan icarəyə götürülübsə, hücumameyilli yarımmüdafiəçi Samir Abdullayev mövsümün ilk yarısını 1-ci Liqa təmsilçisi "Mingəçevir"də keçirib.

Qeyd edək ki, hazırda 6 xalı olan "Karvan" Premyer Liqanın turnir cədvəlində 12-ci - sonuncu pillədə mövqe tutub.

Nihat

Seçilən
10
1
fanat.az

2Mənbələr