Leninqrad vilayətində kişi təcili yardım çağırıb, sonra gələn həkimləri gülləbaran edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Meşəyə qaçan silahlı şəxs xüsusi təyinatlılar tərəfindən saxlanıldı, xəsarət alan yoxdur.
Məlumata görə, Leninqrad vilayətinin Kovaşi kəndində psixoloji durumu şübhə doğuran şəxs tüfənglə təcili tibbi yardım maşınına atəş açıb. Diqqətçəkən məqam odur ki, tibbi briqadanı hadisə yerinə elə onun özü çağırıb.
Tibb işçiləri vaxtında avtomobili tərk etməyə macal tapıblar, xoşbəxtlikdən xəsarət alan olmayıb.
Atışmadan sonra təcavüzkar iki tüfənglə birlikdə meşəyə qaçaraq gizlənib.
Hadisə yerinə gələn Xüsusi Çevik Reaksiya Dəstəsi (SOBR) 52 yaşlı atıcını saxlayıb. Faktla bağlı cinayət işi açılıb.
Xuraman Etibarlı
İnterpress.az