“Liverpul” və Misir millisinin futbolçusu Məhəmməd Salah Afrika Millətlər Kubokunda məhsuldarlığını davam etdirir.
Apasport.az xəbər verir ki, Salah turnirdə ardıcıl üçüncü matçında da qol sevinci yaşayıb.
1/8 final mərhələsində Misir yığması əlavə vaxtda Benini 3:1 hesabı ilə məğlub edib. Qarşılaşmanın taleyini həll edən qolu Salah 124-cü dəqiqədə vurub. Bununla da misirli futbolçunun hazırkı Afrika Millətlər Kubokunda keçirdiyi üç oyunda vurduğu qolların sayı üçə yüksəlib.
Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən “Liverpul”un formasını geyinir və onun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Sabiq “Qalatasaray”lı Super Liqa klubunda - RƏSMİ
“Dortmund”un futbolçusu Bundesliqada klubunu dəyişib
Türkiyə Superkuboku: "Qalatasaray" finalda - YENİLƏNİB
La Liqada dekabr ayının ən yaxşı məşqçisi bəlli olub
Braziliyalı hücumçu “Əl-Əhli”də