AZ

"Barselona" Portuqaliya millisinin üzvü ilə anlaşdı

BAKI, 6 yanvar. TELEQRAF

"Barselona" Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun futbolçusu Joau Kanselunu tezliklə heyətinə qata bilər.

Teleqraf İnsayder Fabritsio Romanoya istinadən xəbər verir ki, klublar arasında 31 ya.lı müdafiəçinin keçidi ilə bağlı artıq razılıq əldə olunub.

Kanselu 2025/26 mövsümünün sonunadək icarə əsasında Kataloniya klubunda çıxış edəcək. "Barselona" bu transfer üçün Səudiyyə klubuna 4 milyon avro ödəyəcək.

Qeyd edək ki, Joau Kanselu 2023/24 mövsümündə də "Mançester Siti"dən icarə əsasında "Barselona"nın formasını geyinmişdi.

Seçilən
89
6
teleqraf.com

7Mənbələr