Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Trampın əmri ilə Venesuelada keçirilən hərbi əməliyyat zamanı saxlanılaraq Nyu-Yorka aparılan Venesuela lideri Nikolas Maduro və həyat yoldaşı Siliya Flores ilk dəfə məhkəmə qarşısına çıxarılıb.
Milli.Az xəbər verir ki, ABŞ Rayon Hakimi Alvin Hellersteinin sədrliyi ilə keçirilən dinləmədə Maduro narkotik qaçaqmalçılığı və silah saxlama ittihamlarını rədd edərək, "Amerika məni evimdən qaçırdı, mən günahsızam" deyib.

Dinləmədən sonra Maduro yenidən saxlanıldığı həbsxanaya aparılıb. İlk dəfə yayımlanan görüntülərdə onun saxlanılacağı kamerada pəncərələrin olmadığı və gigiyena şəraitinin qeyri-kafi olduğu müşahidə edilib. Bildirilib ki, sözügedən müəssisə məhkəməni gözləyən şəxslərin saxlanıldığı və bədnam reputasiyaya malik bir həbsxanadır.
.png)
Qeyd edək ki, müəssisə narkotik baronlarından tutmuş qlobal miqyasda tanınan simalara qədər bir çox məşhur adın saxlanılması ilə diqqət çəkir.
"MDC Brooklyn"in keçmiş və indiki məhbusları arasında əfsanəvi narkotik baronu, "El Çapo" kimi tanınan Xoakin Quzman, Sinaloa kartelinin qurucularından "El Mayo" kimi tanınan İsmael Zambada Qarsiya, cinsi cinayətlərdə məhkum edilmiş R.Kelli və mübahisəli prodüser Şon "Diddi" Kombs kimi tanınmış şəxslər yer alır.
Maduronun 17 martda keçiriləcək növbəti məhkəmə iclasına qədər bu kamerada saxlanılacağı qeyd olunur.
Fidan
Milli.Az
Məqaləyə dair fotomateriallar: