Ajans.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ 2107” ilə digər minik avtomobili toqquşub. Qəzadan sonra VAZ 2107 markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə 1986-cı il təvəllüdlü S. Quliyev və 2004-cü il təvəllüdü X. Atayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır