Voleybol üzrə Azərbaycan Yüksək Liqasında yeni ilin ilk oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, kişi voleybolçuların yarışında VIII turun iki qarşılaşması azarkeşlərin diqqətinə təqdim olunacaq.
Saat 16:00-da “Neftçi” komandası “Gənclər”lə üz-üzə gələcək. Günün ikinci oyunu isə saat 18:00-da “Ordu” ilə “Murov Az Terminal” arasında baş tutacaq. Hər iki görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.
Qadınların yarışında isə VI turdan təxirə salınmış “Murov Az Terminal” – “Abşeron” oyunu oynanılacaq. Qarşılaşma “Murov Az Terminal”ın idman zalında, saat 17:00-da start götürəcək.
Millimizin üzvü Yunanıstan Superkubokunun qalibi olub
Yüksək Liqa: Təxirə salınmış iki görüş baş tutacaq
Yüsək Liqa: Təxirə salınmış oyunları tarixləri bəlli olub
Yüksək Liqa: “Turan”dan inamlı qələbə
Yüksək Liqa: UNEC evdə məğlub oldu