
İngiltərənin “Çelsi” klubu “Real Madrid”in braziliyalı hücumçusu Vinisius üçün 135 milyon funt sterlinq (təxminən 156 milyon avro) təklif etməyə hazırdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.
Məlumata görə, Vinisiusun “Real Madrid”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir.
Nəşrin məlumatına görə, braziliyalı “Real Madrid”dəki vəziyyətdən o qədər də məmnun deyil və Madrid klubu ilə müqaviləsini yeniləməyə tələsmir.
Qeyd edək ki, 25 yaşlı Vinisius 2018-ci ildən bəri “Real Madrid”də oynayır və orada üç İspaniya və iki Çempionlar Liqası çempionluğunu qazanıb.