AZ

Nailə İslamzadə: “Qadınlarımız özünü ifadə edəndə çox vaxt ifrata varır...” – Müsahibə

Kulis.azSevinc Mürvətqızının “QadınVari” layihəsində televiziya aparıcısı, diktor, ssenari müəllifi, Əməkdar artist Nailəİslamzadə ilə müsahibəsini təqdim edir.

Həyatın bütün sahələrində zərifliyi, estetik duyumu, gözəlliyi, mübarizliyi, sevgisi, mərhəməti, ruhani müdrikliyi və özünəməxsus, əvəzedilməz toxunuşu ilə Qadın Var... “QadınVari” layihəsi qadınların müxtəlif sahələrdəki fəaliyyətini daha qadınsayağı aspektdən təqdim edir. Bu, qadın dünyasının dərin qatlarına yönəlmiş mənəvi və intellektual bir səyahətdir.


Bu səyahətdə növbəti yol yoldaşım tanınmış aparıcı, ssenari müəllifi Nailə İslamzadədir.Söhbətimiz“Ötən günlər” verilişinin çəkiliş pavilyonunda baş tutdu. Rəngarəng işıqlar içindəki pavilyonun yarımqaranlıq dəhlizinə daxil olanda hələ çəkiliş gedirdi. Səhnədə gənc müğənni “Sən elə bir vaxtda rast gəldin mənə…” mahnısını oxuyurdu və keçmişin yaşanmışlığı ilə gələcəyin yaşanacaq ehtimalları arasındakı zamanı anladan bu həzin melodiya məni maraqlı bir söhbətə köklədi. Həmsöhbətimlə televiziya məsuliyyəti, zamanla dəyişən dəyərlər, xatirələr, qadın olmağın görünən və görünməyən tərəflərindən danışmışıq.


Müsahibim ssenarinin filmdə də, həyatda da vacibliyindən, önəmindən bəhs edib: Vaxtilə ermənilər arasında ciddi reaksiya doğuran, ssenari müəllifi olduğufilmlərdən də, eyni zamanda qadın xoşbəxtliyinin başqasının yazdığı ssenari ilə yox, məhz öz seçiminlə, öz həyatının müəllifi olaraq mümkünlüyündən uzun illər ekranlardan sevdiyimizməlahətli səsi, özünəməxsus kübarlığı ilə söz açıb.

Seçilən
43
kulis.az

1Mənbələr