AZ

Çin lideri Si Cinpin və Cənubi Koreya prezidenti arasında “diplomatik selfi”

Cənubi Koreya Prezidenti Li Cə Myun rəsmi səfər çərçivəsində Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşüb. Görüş zamanı iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi və əməkdaşlığın yeni mərhələyə keçirilməsi ilə bağlı qarşılıqlı siyasi iradə nümayiş etdirilib. Görüş çərçivəsində çəkilən “diplomatik selfi” isə ictimaiyyətin diqqətini cəlb edib.

Editor.az xəbər verir ki, Pekində baş tutan zirvə görüşündə əsasən iqtisadi əməkdaşlıq, regional təhlükəsizlik məsələləri və mədəni diplomatiya mövzuları müzakirə olunub. Danışıqlar fonunda iki liderin səmimi görüntüləri gündəm olub.

Çin lideri Si Cinpin Cənubi Koreya Prezidenti Li Cə Myuna xüsusi hazırlanmış smartfonu hədiyyə edib.

Görüşdən sonra Li Cə Myun Si Cinpinin hədiyyə etdiyi telefonla iki ölkə liderinin həyat yoldaşları ilə birlikdə selfi çəkdirib. Sözügedən görüntü daha sonra Cənubi Koreya prezidentinin sosial şəbəkə hesabında paylaşılıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
53
editor.az

1Mənbələr