AZ

Siqaret niyə bahalaşdı? Ekspert rəyi

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

«Ölkədə siqaretlərin bahalaşmasına səbəb Vergi Məcəlləsinə edilən dəyişiklikdir. Bu ilin yanvarın 1-dən qüvvəyə minən yeni dəyişikliyə əsasən aksiz dərəcələrinin artırılması haqda qərar verildi. Belə ki, hər min ədəd istehsal olunan tütün məmulatının aksiz vergisi 16 manatdan 25 manat 50 qəpiyə qədər artırıldı. 40 faizlik aksiz vergisinin artırılması nəticə etibarilə pərakəndə satış nöqtələrinə də öz təsirini göstərdi.  Bununla da qaçılmaz olan bahalaşma baş verdi».

Bunnu 525.az-a iqtisadçı ekspert Razi Abasbəyli ölkədə əksər siqaretlərin qiymətinin yenidən artırılması məsələsinə münasibət bildirərkən deyib. O vurğulayıb ki, hökumətin  əsas hədəfi yerli tütünçülüyün inkişaf etdirilməsidir:

«Ölkədə yerli tütünçülüyün inkişafı üçün idxal təsirlərini minimuma endirilməsi məqsədi qarşıya qoyulub. Hesab edilir ki, bununla ölkədə daxili istehsalı və yerli məhsulların rəqabət imkanlarını artırmaq mümkün olacaq.  Təssüf ki, son beş ildə ölkədə tütünçülüyün inkişafı ilə bağlı tədarük göstəricilərində yüksəlmə müşahidə olunmur. Yerli tütünçülüyün istehsalı ilə bağlı tədarük göstəriciləri 2022-ci illə müqayisədə 70 faiz azalıb. Dövlət Proqramı üzrə qarşıya qoyulan tələblərə çatmaq mümkün olmayıb. Proqramın 40 faiz belə icra olunmayıb. Belə olan təqdirdə daxili bazarda ciddi şəkildə tələb və təklif arasında dizbalans yaranır.  Nəticə etibarilə də qiymətlər xarici bazarlardan və xarici valyutaların məzənnəsindən asılı olaraq dəyişir.  Hökumətin aksiz vergisini artırması nəticəsində qiymətlərin bahalaşması gözlənilən idi.  Hesab edirəm ki, bahalaşma prosesi bir qədər də davam edəcək. Bu təxminən 5-10  faiz civarında olacaq. Çünki ilkin mərhələdə inzibati təsirlər bazarda özünü qiymət artımı ilə göstərir. Növbəti mərhələlərdə də burada sui-istifadə halları və psixoloji faktorlar rol oynamağa başlayacaq. Qiymətlər bundan sonra təxminən 5-10 faiz civarında yenə bahalaşacaq».

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
525.az

1Mənbələr