AZ

Tramp: "Yalnız narkomanlarla müharibə aparırıq"

Bu sözləri ABŞ Prezidenti Donald Tramp "NBC News" telekanalına müsahibəsində dilə gətirib. O söyləyib ki, Vaşinqton narkotik satanlarla müharibə aparır:

"Biz ancaq ölkəmizə məhbusları, narkomanları və ruhi xəstələri gətirən adamlarla müharibə vəziyyətindəyik".
ABŞ Venesuelaya subsidiya verəcək

Xatırladaq ki, yanvarın 3-də ABŞ Silahlı Qüvvələri Venesuelada xüsusi əməliyyat keçirib. Bu ölkəyə qarşı aviazərbələr fonunda Prezident Nikolas Maduro və həyat yoldaşı ələ keçirilərək ABŞ-yə aparılıb. Əsasən narkoterrorizmdə təqsirləndirilən Nikolas Maduro dünən məhkəmə qarşısına çıxarılıb. Hazırkı vəziyyətdə Donald Tramp diqqətə çatdırıb ki, Venesuela faktiki surətdə ABŞ-nin idarəsi altındadır.

Firudin Həmidli
AzVision.az
Seçilən
63
1
azvision.az

2Mənbələr