“Qarabağ və Şərqi Zəngəzurda artıq yeni üsuli-idarə nəzərdə tutulub və tətbiq edilir. Hesab edirəm ki, bu, özlüyündə daha çevik idarəetmə üçün daha əlverişlidir”.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
Prezident bildirib ki, amma yenə də əsas məsələ, kadr məsələsidir: “Məsələn, mən Naxçıvanda da xüsusi nümayəndə institutu yaratmışam. Ancaq əfsuslar olsun ki, oraya təyin etdiyim kadr etimadımı doğrultmayıb və buna görə vəzifəsindən çıxarılıb”.
Dövlət başçısı Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovun qısa müddət sonra vəzifəsindən azad olunmasına da toxunub: