AZ

Tusku qorxuya salan çağırış Baş nazir sərt reaksiya verdi

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Polşa Baş naziri Donald Tusk onunla bağlı səsləndirilən fikirlərə cavab verib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, X sosial media hesabında yazıb.

Çağırışlara görə, Polşa müxalifəti də Venesuela Prezidenti Nikolas Madurodan nümunə götürərək, baş nazirin ələ keçirilməsinə çalışmalıdır.

“Onlar demokratik seçkilərdəki qələbələrinə inanmağı dayandırıblar. “Tusk diktaturasını” devirmək naminə kənar müdaxilə üçün dua etməyə başlayıblar. Bu fikri səsləndirənlərin bundan aşağı gedə biləcəkləri yer yoxdur”, – deyə Donald Tusk qeyd edib.

Xatırladaq ki, Nikolas Maduro həyat yoldaşı ilə birlikdə ABŞ hərbi əməliyyatı zamanı tutularaq Nyu-Yorka aparılıb.

Əliyar Xəlil

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
globalinfo.az

1Mənbələr