ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
İsrail ordusu Livan ərazisində “Hizbullah” və HƏMAS-a məxsus hədəflərə zərbələr endirməyə başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Daha əvvəl İsrail Silahlı Qüvvələrinin sözçüsü ordunun Livanın şərqində, Bəkaa vadisində yerləşən Hammara və Ayn əl-Tinə kəndlərində, eləcə də ölkənin cənubundakı Kfar Hatta və Anan yaşayış məntəqələrində “Hizbullah” və HƏMAS-ın hərbi infrastrukturunu hədəf almağı planlaşdırdığını açıqlamışdı”, – deyə bildirilib.
Hazırda zərbələrin nəticələri və mümkün itkilər barədə rəsmi məlumat verilməyib.
Safura Bənnayeva
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.