Bakı. Trend:
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsüilə sahibkarlar üçün bazarın tələbatına uyğun olaraq 9 istiqamətüzrə daxili bazar araşdırmaları aparılıb. Araşdırmalar aşağıdakısahələri əhatə edir:
- bulqur və mərci istehsalı;
- mebel üçün metal və plastik aksesuarlar və mexanizmləristehsalı;
- tikinti və qida məhsullarının qablaşdırılmasında istifadəolunan dəmir qutuların istehsalı;
- süd və şirə məhsullarının qablaşdırılması üçün karton qutularınistehsalı;
- velosiped hissələrinin istehsalı;
- tikinti üçün izolyasiya məhsullarının istehsalı;
- strafor (EPS – genişlənmiş polistirol) istehsalı;
- kalsium-karbonat emalı;
- yerfındığı məhsullarının istehsalı.
Bu sahələrdə məhsul və xidmətlər yaratmaq, eləcə də fəaliyyətinigenişləndirmək istəyən sahibkarlar KOBİA-nın www.smb.gov.az internetsaytına daxil olaraq müvafiq bazar araşdırmaları ilə tanış olabilərlər.
Qeyd edək ki, daxili bazar araşdırması mexanizmi üzrə dövlətdəstəyi KOBİA tərəfindən təmin edilir. Daxili bazar araşdırmasısahibkarların müraciəti və KOBİA-nın təşəbbüsü əsasında aparılır.Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər birdaxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıqsubyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilənxərcin 50%-i dövlət tərəfindən ödənilir. Hər bir daxili bazararaşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği maksimum20 min manatdır.
Sahibkarların müraciəti əsasında daxili bazar araşdırmasınınaparılması KOBİA-nın sifarişi ilə “Dövlət satınalmaları haqqında”Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tender yolu iləhəyata keçirilir. Sahibkarlar daxili bazar araşdırmasınınaparılması üçün KOBİA-nın internet saytındakı müvafiq ərizəformasını dolduraraq Agentliyə birbaşa və ya elektron qaydadamüraciət edə bilərlər. Agentliyin təşəbbüsü ilə aparılan daxilibazar araşdırmaları isə sahibkarlar arasında keçirilmiş sorğularınnəticələrinə, eləcə də ölkənin sosial-iqtisadi inkişafı iləəlaqədar qəbul edilmiş sənədlərə əsaslanaraq müəyyən edilir.