AZ

Azərbaycanda banklara kapitalını Bazel III standartlarına uyğunlaşdırmaq üçün 1 il vaxt verilib

Bakı. Trend:

“2024 – 2026-cı illərdə maliyyə sektorunun inkişafStrategiyası”ndan irəli gələrək bank sektorunda maliyyədayanıqlılığının gücləndirilməsi və beynəlxalq tənzimləməstandartlarına uyğunluğun artırılması məqsədilə AzərbaycanRespublikası Mərkəzi Bankının İdarə Heyətinin 16 dekabr 2025-ci iltarixli qərarı ilə “Bank kapitalının və onun adekvatlığınınhesablanması Qaydaları”nda dəyişikliklər edilib.

Trend MərkəziBanka istinadən xəbər verir ki, sözügedən dəyişikliklərlə bankkapitalının strukturu, kapital adekvatlığı əmsalları, kapitalbuferləri və bir sıra digər tələblər və tənzimləmələr Bazel IIIstandartlarına uyğunlaşdırılıb.

Dəyişikliklərə əsasən, yeni kapital buferlərinin tətbiqibankların mümkün itkilərə qarşı dayanıqlılığını artırmaqlarisklərin daha düzgün qiymətləndirilməsinə və bank kapitalınınkeyfiyyətinin yüksəldilməsinə, habelə iqtisadiyyatın dayanıqlımaliyyələşdirilməsi proseslərinin əlavə dəstəklənməsinə şəraityaradacaqdır.

Eyni zamanda, kapital tələblərinin Bazel III standartlarınauyğunlaşmadırılması prosesinin başa çatdırılması prudensialsiyasətin və nəzarət çərçivəsinin güclənməsini təmin etməkləyanaşı, bank sektorunun beynəlxalq investorlar üçün cəlbediciliyinəmüsbət töhfə vermiş olacaqdır.

Yeni kapital strukturuna adaptasiyası, bankdaxili qayda vəprosedurlarının yeni requlyativ tələblərə uyğunlaşdırılması, eləcədə sektorda zəruri təlimlərin keçirilməsi və yeni yanaşmalarınprudensial hesabatlığa inteqrasiyası üçün banklara 1 illik keçiddövrü verilib. Belə ki, yeni tələblərə 01.01.2027-ci il tarixindənetibarən tam riayət olunması banklardan tələb ediləcəkdir.

Qeyd olunan müvafiq dəyişiklikləri aşağıdakı link üzərindənnəzərdən keçirmək mümkündür:

https://e-qanun.az/framework/61125

Məqalədə:
Seçilən
31
22
az.trend.az

10Mənbələr