Bakı. Trend:
Dərman vasitələrinin idxalı zamanı əsas məqsəd əhalininsağlamlığının qorunması, ölkəyə gətirilən dərman vasitələrininkeyfiyyətli, təhlükəsiz və effektiv olmasının təmin edilməsidir.Məhz bu prinsiplərə əsasən, müəyyən hallarda dərman vasitələrininölkə ərazisinə idxalına icazə verilməsindən imtina edilir.
Trend xəbərverir ki, bunu “Sağlam radio”nun “Sağlam səhər” efirində SəhiyyəNazirliyi Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrininidxal-ixrac şöbəsinin müdir müavini Şirin Şahbazov açıqlayıb.
Onun sözlərinə görə, dərman vasitəsinin dövlət qeydiyyatıolmadığı hallarda, yəni həmin dərman Azərbaycan Respublikasınındövlət reyestrində yer almadıqda və ya idxala icazə verilənədəkdövlət qeydiyyatının qüvvədə olma müddəti bitdikdə(qanunvericilikdə nəzərdə tutulmuş xüsusi hallar istisna olmaqla),bu dərman vasitələrinin ölkəyə idxalına icazə verilmir:
“Dövlət qeydiyyatı dərman vasitəsinin təhlükəsizliyi, keyfiyyətivə istifadəsinin məqsədəuyğunluğu ilə bağlı ilkin və əsas şərthesab olunur. Eyni zamanda, idxal ilə bağlı Mərkəzə təqdim edilənsənədlərdə hansısa uyğunsuzluq aşkar edilərsə, yəni idxal üçüntəqdim olunan məlumatlar dərman vasitəsinin dövlət qeydiyyatı iləbağlı rəsmi sənədlərdə yer alan məlumatlarla üst-üstə düşmürsə,sənədlər arasında fərq, ziddiyyət və ya qeyri-dəqiqlik mövcuddursa,bu da idxala icazənin verilməməsi üçün əsas sayılır. Bundan əlavə,dərman vasitəsi ilə bağlı geri çağırma (recall) tədbirləri tətbiqedilibsə və həmin dərmanın idxalının dayandırılması barədə müvafiqqərar qüvvədədirsə, yəni təhlükəsizlik, keyfiyyət və ya digər ciddisəbəblərlə dərmanın dövriyyəsi müvəqqəti və ya tam şəkildəməhdudlaşdırılıbsa, belə dərman vasitələrinin də idxalına icazəninverilməsindən imtina edilir”.
Ş.Şahbazov bildirib ki, həmçinin, idxal zamanı dərman vasitələriilə bağlı aparılan ekspertizanın (eləcə də sadələşdirilmişekspertizanın) nəticələri mənfi olduqda və bu dərman vasitəsininmüəyyən edilmiş tələblərə cavab vermədiyi aşkar olunduqda, budərman vasitələrinin ölkəyə idxalına icazə verilmir:
“Ümumilikdə qeyd etmək olar ki, dərman vasitələrinin idxalınaicazədən imtina halları birbaşa olaraq əhalinin sağlamlığınınqorunmasına, ölkənin dərman vasitələri ilə təminatında keyfiyyətsizvə riskli məhsulların qarşısının alınmasına və dərman dövriyyəsindəqanunvericiliyin tələblərinə ciddi əməl olunmasına xidmətedir”.