AZ

Yanvarın maaşı dekabrda bitib - Büdcəni necə bərpa etmək olar? - AÇIQLAMA

Bayramlardan sonra büdcəni bərpa etməyin 5 yolu açıqlanıb.

Milli.Az xəbər verir ki, rusiyalı maliyyə mütəxəssisi Aleksandr Pisarev bayram xərclərindən sonra şəxsi büdcəni qaydaya salmaq üçün beş əsas addımı açıqlayıb.

Ekspertin sözlərinə görə ilk addım dekabr və yanvarın əvvəlində edilən xərclərin təhlilidir. O, xərclərin zəruri və impulsiv hissələrə bölünməsini və artıq vəsaitin harada xərcləndiyini müəyyən etməyi tövsiyə edib.

İkinci mərhələdə yaxın 4-6 həftə üçün real büdcə tərtib olunmalıdır. Bu büdcəyə məcburi ödənişlər, gündəlik xərclər və gözlənilməz hallar üçün ehtiyat daxil edilməlidir. Pisarev bildirib ki, kağız üzərində ideal deyil, real xərclərə uyğun büdcə daha effektivdir.

Üçüncü addım yanvar ayında da davam edən alış impulslarını nəzarətdə saxlamaqdır. Mütəxəssis bu dövrdə real ehtiyaclarla lazımsız alışları ayırmağın vacibliyini vurğulayıb.

Dördüncü addım kimi müvəqqəti olaraq kafe, əyləncə və abunə xərclərinin məhdudlaşdırılması tövsiyə olunub. Bu, sərt qənaət etmədən maliyyə vərdişlərini yenidən formalaşdırmağa kömək edir.

Beşinci və son addım isə gəlirin ən azı 5-10 faizi həcmində müntəzəm yığımın başlanmasıdır. Ekspert qeyd edib ki, kiçik məbləğlər belə maliyyə sabitliyini artırır və stressi azaldır.

Qeyd edilib ki, bayramlardan sonrakı dövr maliyyə məqsədlərinə yenidən baxmaq və il ərzində daha sağlam maliyyə davranışı formalaşdırmaq üçün əlverişli zamandır.

İsmayıl
Milli.Az

Seçilən
61
2
milli.az

3Mənbələr