AZ

Dərman idxalı üçün ekspertizanın müddəti açıqlanıb

Bakı. Trend:

Azərbaycan Respublikasının “Dərman vasitələri” haqqındaqanunvericiliyinə əsasən, dərman vasitələrinin idxalına dair daxilolmuş bütün müraciətlər qanunvericilikdə müəyyən edilmiş qaydalarçərçivəsində cavablandırılır.

Trend xəbərverir ki, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirindəSəhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Dərmanvasitələrinin idxal-ixrac şöbəsinin müdir müavini Şirin Şahbazovaçıqlayıb.

Onun sözlərinə görə, standart qaydalara əsasən dövlətqeydiyyatına alınmış dərman vasitələrinin idxalına dair müraciətlər23 iş günü müddətində baxılır:

“Bu müddət, ölkə ərazisinə idxalı nəzərdə tutulan dərmanvasitələrinin idxal ekspertizasının aparılması üçün müəyyən edilmişnormativ tələblər əsasında müəyyən olunur. Eyni zamanda,sadələşdirilmiş qaydada, yəni beynəlxalq qeydiyyatı tanınmaqladövlət qeydiyyatına alınmış dərman vasitələrinin idxalı ilə bağlımüraciətləri üçün cavab müddəti daha qısa – 13 iş günü təşkil edir.Bu, idxal prosesi zamanı ərizəçilər üçün prosedurunsürətləndirilməsi və beynəlxalq təcrübələrin nəzərə alınmasıməqsədini daşıyır”.

Ş.Şahbazov qeyd edib ki, göstərilən müddətlər, idxal üçün təqdimolunmuş sənədlərin ekspertizası və idxal ediləcək dərmanvasitələrindən partiyalar üzrə götürülmüş nümunələrinekspertizasının xüsusiyyətlərinə əsasən dəyişə bilər:

“Burada göstərilən gün sayları maksimal müddəti əks etdirir.Praktiki olaraq isə, dərman vasitələrinin ekspertiza nəticələritamamlandıqdan növbəti iş günü ərzində, Azərbaycan RespublikasınınSəhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formaya uyğun olaraqQurum (AEM) növbəti iş günü ərzində dərman vasitələrinin idxalınaicazəni verir. Və ya əgər müvafiq hallar mövcuddursa, idxalaicazənin verilməsindən imtina barədə qərar qəbul edərək, ərizəçiyərəsmi qaydada təqdim edir”.

Seçilən
115
2
az.trend.az

3Mənbələr