İndoneziya ştatının Şimali Sulavesi əyalətində baş verən qəfil daşqınlarda ən azı 14 nəfər ölüb.
Ölkə.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə nəticəsində 18 nəfər yaralanıb, daha dörd nəfər itkin düşüb.
Hakimiyyət orqanları ən azı 444 sakini yerli məktəblərə və kilsələrə təxliyə etmək məcburiyyətində qalıb. Dağıntı və palçıqla bağlanmış yolları təmizləmək üçün hadisə yerinə ekskavatorlar cəlb olunub.
Xatırladaq ki, ötən ilin 29 dekabrında İndoneziyanın Kalimantan adasındakı Balangan rayonunda daşqından təxminən 11.000 insanın zərər çəkib. 3500-dən çox ev də su altında qalıb.
Həmidə İbrahimova