Dəhşətli qəza: Xəsarət alanlar var- GÖRÜNTÜLƏR
Ajans.az xəbər verir ki, “VAZ 2107” markalı avtomobil ilə “Changan” markalı avtomobil toqquşub. Qəza nəticəsində VAZ-2107 markalı avtomobilin sürücüsü - 2004-cü il təvəllüdlü Vahid Zeynalov və onun həmyaşıdı Xəyal Atayev müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onlara ilkin yardım göstərilib, vəziyyətləri orta-ağırdır. Faktla bağlı araşdırma başlanılıb.