AZ

Azad edilmiş ərazilərin işıqlandırılmasında LED texnologiyalarından istifadə edilir (FOTO)

Bakı. Trend:

Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin “YaşılEnerji Zonası” kimi inkişafına dair siyasətinə uyğun olaraq,Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan enerjipotensialından istifadənin genişləndirilməsi ilə yanaşı, enerjisəmərəliliyini təmin edən müasir texnologiyaların tətbiqi dəardıcıl şəkildə həyata keçirilir.

Trend xəbərverir ki, bu barədə Energetika Nazirliyinin məlumatında qeydolunub.

Bildirilib ki, bu çərçivədə ənənəvi işıqlandırma sistemləri iləmüqayisədə az enerji sərfiyyatı, uzun istismar müddəti və aşağıtexniki xidmət xərcləri ilə seçilən LED texnologiyaları “yaşılenerji zona”larının dayanıqlı inkişafını təmin edən əsas amillərdənbiridir. Müasir şəhərsalma və yaşayış məntəqələrinininfrastrukturunun tərkib hissəsi kimi LED əsaslı və günəş enerjisiilə çalışan hibrid işıqlandırma sistemləri hazırda azad edilmişərazilərdə geniş şəkildə tətbiq olunur. İndiyədək bu ərazilərdə7000-dən artıq LED əsaslı işıqlandırma qurğusu quraşdırılıb.Bunların təqribən 40 faizi, yəni 3 000 ədədi günəş enerjisi iləişləyən hibrid sistemlərdir. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan,Şuşa, Xocalı, Laçın, Ağdərə və digər şəhər və rayonlarda yenisalınan küçə və avtomobil yollarının işıqlandırılmasında əsasən LEDtexnologiyalarından istifadə edilir. Bir sıra yaşayışməntəqələrində isə monokristal günəş panelləri ilə təchiz edilmiş,avtonom rejimdə çalışan işıq dirəkləri quraşdırılıb ki, bu damərkəzləşdirilmiş elektrik şəbəkəsindən asılılığın minimumaendirilməsinə imkan yaradır. Bərpa və yenidənqurma işlərininmərhələli şəkildə davam etdirilməsi fonunda, bu göstəricilərinnövbəti illərdə daha da artacağı gözlənilir.

Qeyd edək ki, beynəlxalq təcrübəyə əsasən, yaşayışməntəqələrində küçə işıqlandırması ümumi elektrik enerjisiistehlakının təxminən 2-5 faizini təşkil edir. Son illərdə bir sıraölkələrdə LED və günəş enerjisi əsaslı sistemlərə keçid nəticəsindəbu göstərici 2 dəfə azalmışdır.

Azad
Azad
Azad
Azad
Azad
Məqalədə:
Seçilən
99
21
az.trend.az

10Mənbələr