AZ

İsrail Livanı vurub

İsrail ordusu Livanın cənubunda yerləşən Sayda şəhərinə hava hücumları təşkil edib.

"Cebheinfo.az" xəbər verir ki, Livan yerli mediasında yayılan xəbərlərə görə, İsrail hərbi təyyarələri paytaxt Beyrutun cənubunda yerləşən Sayda şəhərində bir binanı bombalayıb.

İsrail təyyarələrinin iki hücumla hədəf aldığı binanın tamamilə dağıldığı qeyd olunur. Xəbərlərdə hadisə yerinə çox sayda təcili yardım və axtarış-xilasetmə qruplarının göndərildiyi bildirilir.

Altında dükanlar olan üçmərtəbəli binanın tamamilə dağıldığı, ətrafdakı binaların da zərər gördüyü vurğulanır. Bombalanan binada  yaralıların olduğu qeyd edilir.

Ölkənin rəsmi xəbər agentliyi NNA da İsrail ordusunun Sayda ətraf kəndlərini bir sıra hava hücumları ilə bombaladığını bildirib.

Seçilən
107
cebheinfo.az

1Mənbələr