AZ

Şəmkirdə içki almaq üçün insanları hədələyən keçmiş məhkum həbs edildi

BAKI, 6 yanvar. TELEQRAF

Şəmkir rayonunda sakinlərdən içki almaq üçün pul tələb edən şəxs həbs edilib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə yanvarın 2-də rayonun Kür qəsəbəsində baş verib.

1968-ci il təvəllüdlü Yavər Nəsibov (ad-soyad şərti verilib – red.) qəsəbənin mərkəzi küçəsində ucadan nalayiq ifadələr işlədib.

Şəmkir Rayon Polis Şöbəsində izahat verən Nəsibov bildirib ki, yanvarın 2-də, saat 18 radələrində qəsəbədə olan zaman spirtli içki içmək istəyib: “Lakin pulum olmadığı üçün əsəbləşdim və nə danışdığımı bilmədim. Öz-özümə söyüşlər etmişəm. Həmin vaxtı Kür Polis Bölməsinin əməkdaşları mənə yaxınlaşdı, özlərini təqdim etdilər. Mən isə əsəbiləşərək nalayiq ifadələr işlətdim. Mən 3-4 aydır ki, spirtli içki qəbul etmədən dayana bilmirəm”.

Əmirovun sözlərinə görə, içki aludəçisidir və içki tapa bilməyəndə öz hərəkətlərimi nəzarətdə saxlaya bilməyib: “Bu zaman insanlara hədə-qorxu gəlməklə və hədələməklə mənə içki almağı tələbə edirəm. Bununla belə ictimai qaydanı pozaraq səs-küy salmam ilə bağlı hərəkətlərimdən səmimi peşmanam”.

Məlum olub ki, Əmirov əvvəllər Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə mühakimə edilib və 10 ildən çox cəza çəkib.

Şəmkir Rayon Məhkəməsinin qərarı ilə Əmirov 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Seçilən
102
1
teleqraf.com

2Mənbələr