AZ

Müxalifət Maduronun taleyini onun üçün istədi

Polşanın Baş naziri Donald Tusk Venesuela prezidenti Nikolas Madurodan nümunə götürərək Polşa müxalifətini onun oğurlanmasına çağırmaqda ittiham edib.

Publika.az xəbər verir ki, o, bu barədə “X” sosial media platformasında paylaşım edib.

“Onlar demokratik seçkilərdə qələbələrinə inanmağı dayandırıblar və "Tusk diktaturasını" devirmək üçün kənar müdaxiləyə dua etməyə başlayıblar. Onların bundan aşağı gedə biləcəkləri yer yoxdur”, - Tusk yazıb.

Xatırladaq ki, Nikolas Maduro və birinci xanım Sili Flores yanvarın 3-də hərbi əməliyyat zamanı saxlanılaraq ABŞ-a aparılıb.

Seçilən
93
50
publika.az

10Mənbələr