İranda davam edən etiraz aksiyaları zamanı ölənlərin sayı 35-ə yüksəlib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-də fəaliyyət göstərən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) yayıb.
Ölənlərin 29-nun etirazçı, dördünün uşaq, ikisinin isə İran təhlükəsizlik qüvvələrinin üzvü olduğu qeyd olunub.
Agentlik həmçinin bildirib ki, aksiyalar çərçivəsində 1200-dən çox insan saxlanılıb.
Qeyd edək ki, İranda iqtisadi böhran fonunda ötən həftə başlayan aksiyalar hazırda ölkənin 31 əyalətindən 27-də davam edir. Daha əvvəl yayılan məlumatda 20 nəfərin öldüyü açıqlanmışdı.
"Cebheinfo.az"