AZ

Ağ Ev Venesuela hökuməti üzərindəki təsirlərini açıqladı

"ABŞ-nin Venesuela hökumətinə çoxsaylı təzyiq vasitələri var".

Far.Az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Livitt Fox News-a açıqlama verib.

"Hazırda qalan hökumət nümayəndələri üzərində çoxlu təsir vasitələrimiz var", - deyə o vurğulayıb.

O, əlavə edib ki, ABŞ dövlət katibi Marko Rubio Venesuela hakimiyyəti ilə daim yazışma aparır.

Qeyd edək ki, 3 yanvarda ABŞ ordusu Venesuela paytaxtında və ölkə daxilindəki hədəflərə hava hücumları həyata keçirib. Prezident Nikolas Maduro birinci xanım Siliya Floreslə birlikdə tutularaq ölkədən çıxarılıb.

Seçilən
42
far.az

1Mənbələr