"Mançester Siti" cari transfer pəncərəsində yüksək məbləğli transferlər etməyə hazırdır.
QOL.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
"Şəhərlilər" "Kristal Palas"ın mərkəz müdafiəçisi Mark Qeyini transfer etməyi planlaşdırırlar.
Hazırkı İngiltərə çempionunun maraq dairəsi müdafiə xəttindəki ciddi kadr problemləri fonunda yaranıb. Yanvarın 4-də "Çelsi" ilə görüşdə komandanın 2 əsas mərkəz müdafiəçisi Yoşko Qvardiola və Ruben Dias zədələnib. Bundan əlavə, "Mançester Siti"nin digər müdafiəçisi Con Stounz uzun müddətdir ki, bərpa prosesi keçir.
Qeyd edək ki, Qeyinin "Kristal Palas"la hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. Müdafiəçi müqaviləni yeniləməsə, klubu azad agent kimi tərk edə bilər ki, bu da "Bavariya", "Real", "Barselona", "İnter", "Atletiko" və "Liverpul" da daxil olmaqla bir neçə Avropa nəhənginin böyük marağına səbəb olur.
London klubu isə onun mövsümün sonunda təzminatsız ayrılmasının qarşısını almaq üçün oyunçunu yanvar ayında etibarən satmağı düşünür.