Xorvatiyanın “Varajdin” klubunda çıxış edən Rüfət Abdullazadə karyerasını Azərbaycanda davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Zirə” ilə anlaşıb. O, mövsümün sonuna qədər icarə əsasında qəsəbə təmsilçisində çıxış edəcək.
Xatırladaq ki, Abdullazadə yayda “Varajdin”lə 3 illik müqavilə bağlamışdı. O, bu müddətdə 10 oyunda 1 qol və 2 assistlə yadda qalıb.