
“Venesuela Prezidenti Nikolas Maduro Vaşinqtona təhvil verilib”.
Missiya.Az xəbər verir ki, bunu Kolumbiyanın sabiq vitse-prezidenti Santos Kalderon deyib.
Kalderon Venesuelanın vitse-prezidenti Delsi Rodriqezi Maduroya xəyanət edən şəxs adlandıraraq bildirib ki, mən onun Maduronu təhvil verdiyinə tamamilə əminəm.
Qeyd edək ki, Maduronun həbsindən sonra Rodriqez Milli Assambleyada and içib və rəsmi olaraq müvəqqəti prezident vəzifəsini icra etməyə başlayıb.
Daşqın HəsənovMissiya.Az