AZ

“ABŞ-nin əsas məqsədi Venesuelanın enerji ehtiyatlarını ələ keçirməkdir” - Türkiyəli jurnalist

“ABŞ-nin Venesuelaya narkoterrorizm adı altında müdaxiləsi sadəcə olaraq bəhanədir. Amerikanın əsas məqsədi Venesuelanın ən azı 27 trilyon dollar dəyərində enerji və neft ehtiyatlarını ələ keçirməkdir”.

Missiya.Az xəbər verir ki, bu sözləri türkiyəli jurnalist Fərhat Murat deyib.

“ABŞ-yə daxil olan narkotiklərin yalnız əhəmiyyətli bir hissəsi Meksika və Kolumbiyadan keçir. Narkotiklərin yalnız 8%-i Venesuela vasitəsilə ABŞ-yə daxil olur və hətta bu da tranzitdir. Lakin ABŞ Meksika və Kolumbiyaya müdaxilə etmir, əksinə narkoterrorizm bəhanəsi ilə Venesuelaya müdaxilə edir və biz buna inanacağıq”, - deyə o vurğulayıb.

Fərhat Murat bildirib ki, xüsusilə də ABŞ-nin 38,5 trilyon dollar xarici borcunun olduğunu nəzərə alsaq məsələnin mahiyyətini başa düşmüş olarıq.

Jurnalist qeyd edib ki, bu, uzun müddətdir içində olduğumuz təhrif olunmuş sistemin reallığıdır.

Daşqın HəsənovMissiya.Az

Seçilən
39
missiya.az

1Mənbələr