Bakı, 6 yanvar, AZƏRTAC
Braziliyanın “Vitoriya” klubu “Qarabağ”ın futbolçusu Mateus Silvanın transferindən imtina edib.
AZƏRTAC xəbər verir ki, bu barədə insayder Paulo Analista məlumat yayıb.
Onun sözlərinə görə, klub artıq braziliyalı müdafiəçinin xidmətində maraqlı deyil.
A Seriya təmsilçisi hazırda başqa futbolçularla danışıqlar aparır.