AZ

Polşa polisi münaqişədən sonra Ukrayna cinayət dəstələrinin ortaya çıxmasına hazırlaşır

Polşa polisi Ukraynadakı silahlı münaqişənin bitməsindən sonra ölkə ərazisində Ukrayna cinayətkar qruplarının ortaya çıxmasına hazırlaşır.

Herbiand.az bildirir ki, bu sözləri Polşa polisinin baş komendantı Marek Boron deyib.

“Gəlin özümüzə düzünü deyək ki, müharibədən sonra nələr olacaq, yəni Balkanlardakı müharibədən sonra baş verənləri nəzərdə tutsaq, hər kəs üçün çətin vəziyyət olacaq”, - Boron bildirib.

Onun qiymətləndirməsinə görə, 1990-cı illərdə müşahidə olunan ssenariyə bənzər olaraq Ukraynadakı hərbi əməliyyatların bitməsindən sonra Şərqi Avropa cinayətkar qruplarının nümayəndələri Polşada peyda ola bilər.

Polis rəisi həmçinin qeyd edib ki, Polşa hüquq-mühafizə orqanları digər Avropa ölkələrindəki, o cümlədən Avropol daxilindəki həmkarları ilə daimi əlaqə saxlayır. Onlar bu formatda məlumat mübadiləsi aparır və mütəşəkkil cinayətkarlıqdakı tendensiyaları təhlil edirlər.

Bununla belə Boron vurğulayıb ki, bu gün Polşa qurumları bu cür təhdidlərə qarşı daha hazırlıqlı və yaxşı təchiz olunub.

Polşa hüquq-mühafizə orqanlarının məlumatına görə, hazırda Ukrayna vətəndaşları Polşada digər xarici ölkələrin vətəndaşlarının ümumi sayından daha çox cinayət törədirlər.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
58
herbiand.az

1Mənbələr