Dünyanın xaotik bir dövrə qədəm qoyduğu bir məqamda ölkələrin təhlükəsizliyi məsələsi daha aydın şəkildə meydana çıxır. Güc amilinin ölkələrə təzyiq və təhdid yaratdığı bir siyasi konfiqurasiyada hər bir dövlətin özünün təhlükəsizliyi məsələsinə ciddi diqqət yetirməsi durumu yaranır. Azərbaycanın bu istiqamətdə apardığı məqsədyönlü hədəfəyönəlik addımlar təqdirəlayiq olsa da, təhlükəsizlik məsələsində yarana biləcək risklər hərtərəfli nəzərə alınmalıdır.
Hal-hazırda strateji tərəfdaşlarımız olan ölkələrin Azərbaycana qarşı münasibətdə heç bir şübhəli və ikili oyun əlamətləri olmasa da, hansı ki, belə bir faktların olacağına da şübhələr yoxdur, eyni zamanda, biz prosesləri daha da qarantiya altına almaq üçün müxtəlif kombinasiyaların işlənməsini təmin etməliyik.
Məsələn, Hava Hücumundan Müdafiə sistemlərinin gücləndirilməsi kimi. Azərbaycanın Rusiya və İsrail istehsalı HHM sistemləri var, amma baş vermiş məlum hadisələr zamanı, məsələn, Qətərə, Suriyaya, Venesuelaya hücum zamanı onların fəaliyyətsiz qalması, bizim də bu məsələyə ciddi yanaşmamızı tələb edir. Azərbaycanın Türkiyənin HHM sistemlərini almaq istiqamətində iş apardığı böyük ehtimaldır. Hesab edirəm ki, bir-birindən asılı olmayan üç ölkənin HHM sistemləri şəbəkəsi yaradılmalıdır.
İlk öncə işə düşməsi vacib olan HHM sisteminin prioriteti müəyyən edilməlidir. Bu məsələnin digər silah sistemlərində də nəzərə alınması lazımdır.