AZ

ABŞ Qrenlandiya ilə bağlı razılaşma üzərində işləyir - KİV

ABŞ Prezidenti Donald Trampın administrasiyası Qrenlandiya ilə bağlı gələcəkdə ada rəhbərliyinə təklif oluna biləcək saziş layihəsi üzərində işləyir.

Missiya.Az xəbər verir ki, bu barədə "The Economist" qəzeti məlumat yayıb.

Bildirilib ki, Vaşinqton Azad Assosiasiya Sazişinin bağlanması imkanlarını nəzərdən keçirir. Bu əməkdaşlıq formatı qrenlandiyalıların həyat səviyyəsinin yaxşılaşdırılmasını nəzərdə tutur.

“Tramp administrasiyasının Qrenlandiya ilə bağlı strategiyası iki məqsədi güdür: Danimarka ilə Qrenlandiya arasındakı fikir ayrılıqlarını daha da artırmaq və Kopenhageni keçərək yerli hakimiyyət orqanları ilə birbaşa razılaşmalar əldə etməyə çalışmaq”, - deyə vurğulanıb.

Eyni zamanda, nəşr adanın ABŞ-yə birbaşa qoşulması ssenarisini qeyri-real hesab edir və Amerika bəyanatlarının Avropa liderləri arasında narahatlıq doğurduğunu əlavə edib.

Mənbə xatırladıb ki, ABŞ hərbi bazası artıq Qrenlandiyada fəaliyyət göstərir və Danimarka ilə mövcud müqavilələr Amerika qoşunlarının sayına məhdudiyyət qoymur. Lakin kontingentin əhəmiyyətli dərəcədə artırılması üçün Danimarka tərəfinin razılığı tələb olunacaq.

Qeyd edək ki, yanvarın 4-də Donald Tramp Qrenlandiya üzərində nəzarətin ABŞ-nin milli təhlükəsizliyi üçün vacib olduğunu bəyan edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
36
missiya.az

1Mənbələr