AZ

Qvardiola ciddi problemlə üzləşib

İngiltərənin “Mançester Siti” komandasının baş məşqçisi Xosep Qvardiola komandanın müdafiəçiləri Yoşko Qvardiol və Ruben Diaşın zədələnərək İngiltərə Premyer Liqasının 20-ci turunda “Çelsi” ilə oyunu (1:1) başa vura bilməməsindən sonra komandadakı kadr vəziyyətini şərh edib.

İdman.Biz xəbər verir ki, Qvardiola narahat olduğunu ESPN nəşrinə açıq şəkildə bildirib.

“Narahatam. Son oyunda ehtiyat skamyamıza diqqət etdinizmi? Orada akademiyadan dörd futbolçu var idi, yaxın vaxtlarda onların sayı daha da arta bilər. Bizim sadəcə futbolçularımız çatışmır. Zədələrin sayı çoxdur. Con Stounz artıq bir neçə aydır meydana çıxmır. İndi Ruben sıradan çıxıb, həmçinin Yoşko da. Natan Ake stabil şəkildə oynaya bilmir. Reallığımız budur. Biz dözümlü qalmalı və vəziyyətdən çıxış yolu tapmalıyıq. Komanda ruhumuz var və o, heç yerə getməyəcək”, - deyə baş məşqçi vurğulayıb.

20 turdan sonra “Mançester Siti” İngiltərə Premyer Liqasının turnir cədvəlində ikinci yerdədir və lider “Arsenal”dan altı xal geri qalır. Komanda sabah 21-ci tur çərçivəsində “Brayton”u qəbul edəcək.

İdman.Biz
Seçilən
37
idman.biz

1Mənbələr