"Turan Tovuz"un Türkiyədə qarşılaşacağı rəqiblər məlum olub.

Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisinin ilk rəqibi Hermanştadt” (Rumıniya) olacaq. Qarşılaşma yanvarın 10-da baş tutacaq.

Digər yoxlama oyunu isə bir həftə sonra Polşanın "Poqon" klubuna qarşı keçiriləcək.

Qeyd edək ki, "Turan Tovuz" mövsümün ikinci hissəsinə Türkiyənin Antalya şəhərində hazırlaşır. Onlar ayın 18-də vətənə qayıdacaq.