Ukrayna hərbçiləri Rusiyanın Su-34 qırıcı təyyarələrinin sürüşmə bombalarından istifadə edərək kütləvi zərbələrinin ağır nəticələri barədə məlumat verirlər.
Herbiand.az bildirir ki, bu barədə The Military Watch Magazine nəşri yazıb.
Nəşrdə qeyd olunub ki, dislokasiya yerinə birbaşa zərbə şəxsi heyətin 80-90%-ə qədərinin itkisinə səbəb ola bilər. Həmçinin, bu cür zərbələrin hədəf alındığı ərazilərdə Ukrayna əsgərlərinin orta ömür müddəti 4 saatdan çox olmur.
Ukrayna hərbçiləri əvvəllər bu cür sursatların hətta yaxşı möhkəmləndirilmiş yeraltı bunkerləri məhv etməyə qadir olduğunu bildirmişdilər. Sürüşmə bombalarının təsirini isə “cəhənnəm qapıları” ilə müqayisə etmişdilər.
Bəxtiyar CƏFƏRLİ