AZ

Ötən il 350-ə yaxın orqan transplantasiyası həyata keçirilib

2025-ci ildə təqribən 350-ə yaxın orqan transplantasiyası əməliyyatı həyata keçirilib.

Bunu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu əməliyyatlardan böyrək üzrə təqribən 100, qaraciyər üzrə təqribən 60 transplantasiya əməliyyatı olub: “Eyni zamanda, ürək transplantasiyası üzrə 2, sümük iliyi üzrə təqribən 30, buynuz qişa üzrə isə təqribən 130 əməliyyat həyata keçirilib”.

Qeyd olunub ki, bu transplantasiya əməliyyatlarından təqribən 50-dən çoxu uşaqlara, 300-ə yaxını isə böyüklərə aiddir.

Seçilən
37
3
apa.az

4Mənbələr