AZ

ABŞ-Venesuela - Beynəlxalq hüquq hansı presidentlə üz-üzədir?

Yazını böyüt
Yazını kiçilt

Gündəm ABŞ Prezidenti Donald Trampın yeni ilin ilk saatlarında Venesuelada həyata keçirdiyi əməliyyatla beynəlxalq aləmin çalxalanması ilə yanaşı, birmənalı qaşılanmır. Ekspertlər bu hadisənin dünya dövlətəri üçün təhlükəli tendensiya ola biləcəyi ehtimalını önə çəkir. Bu gün Donald Trampın ABŞ-ın BMT üzvü olan müstəqil dövlətə hücumu və Prezident Maduronu həyat yoldaşı ilə birlikdə həbs edib Amerikaya aparılaraq ona müxtəlif ittihamlar elan etməsi müxtəlif aspektlərdən müzakirə olunur.

Dünyanın böyük gücləri tərəfindən pozulan beynəlxalq hüquq hansı presidenti yaradır?

Bu istiqamətdə mövcud vəziyyəti Hafta.az-a şərh edən hüquqşünas, siyasi şərhçi Qulamhüseyn Əlibəyli bildirib ki, burada daha çox müzakirə olunan aspekt Maduronun seçkiləri saxtalaşdırıb hakimiyyəti qəsb etməsi və hakimiyyəti əlində saxlaması, avtoritar və diktator olması, Venesuela xalqına zülm etməsi bu kimi məsələlərdir.

Onun sözlərinə görə, Maduro seçkiləri saxtalaşdırıb hakimiyyəti qəsb edib və saxta seçkilər yolu ilə hakimiyyətinin ömrünü bir neçə dəfə uzatmağa müvəffəq olub, demokratik hüquq və azadlıqları boğaraq ölkədə diktatura xarakterli avtoritar idarəetmə sistemi yaradıb:

“Zatən bu sistem əvvəlki prezidentin dövründə də mövcud idi. ABŞ-ın Venesuelaya hücum etməsini dünya şöhrətli Kolumbiya yazıçısı Markesin sözləri ilə ifadə etsək “gözlənilən bir qətl” hesab etmək olar. Belə ki, Tramp səlahiyyətlərinin icrasına başladığı gündən etibarən bir neçə dövlətlə haqq hesab çürüdəcəyini elan etmişdi. Daha dəqiq desək, Venesuela hakimiyyətini bütün mümkün cinayətlərdə - narkoticarətdə, qaçaqmalçılıqda, Amerika neftinin və aktivlərinin oğurlanmasında, adam ticarətində, terrorizmdə və sair ittiham edirdi, hətta Venesuela rəhbərliyini xarici terror təşkilatı elan etmişdi, bir neçə dəfə Venesuela tankerlərini ələ keçirmişdi. ABŞ ədliyyə nazirliyinin Maduroya verdiyi rəsmi ittihamlar da əsasən bu yönümdədir. Ona görə də bu hücum heç kim üçün gözlənilməz olmadı. Xatırlatmaq lazımdır ki, ABŞ oxşar əməliyyatı 36 il bundan əvvəl Panamaya münasibətdə həyata keçirmışdı. Lakin bütün bunlar Trampa hüquq vermir ki, Venesuelaya aviazərbələr endirib xüsusi təyinatlıların köməyi ilə “genişmiqyaslı və uğurlu” adlandırdığı əməliyyat keçirərək dövlət başçısını həyat yoldaşı ilə birlikdə həbs edib Amerikaya aparsın və məhkəmə qarşısına çıxarsın”.

Q.Əlibəyli hesab edir ki, ABŞ-ın keçirdiyi əməliyyat hərbi cəhətdən uğurlu sayıla bilər. Lakin nə beynəlxalq hüquq baxımından, nə də daxili qanunvericilik baxımından qanuni sayıla bilməz:

“Çünki qüvvədə olan beynəlxalq hüquq heç bir dövlətə BMT üzvü olan başqa dövlət ərazisində belə bir əməliyyat keçirib onun başçısını həbs etmək və öz ölkəsinin məhkəməsi önünə çıxarıb mühakimə etmək hüququ vermir; bunun üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi lazımdır. Lakin ABŞ bu məsələni BMT-də müzakirəyə çıxarmağa təşəbbüs də göstərmədi. ABŞ-ın Venesueladakı əməliyyatını beynəlxalq terrorçuluq və beynəlxalq adam oğurluğu kimi qiymətləndirmək olar. İsrail və Rusiyadan sonra beynəlxalq hüququn məhv edilməsi prosesinə Amerikanın da qoşulması olduqca təhlükəli bir presidentin yaranması deməkdir”.

Politoloq Elxan Şahinoğlu bildirib ki, ABŞ Prezidenti Donald Trampın Venesuelaya hərbi müdaxilə və Prezident Moduranı həbs edilməsi ilk və sonuncu hadisə deyil.

Politoloq vurğulayıb ki, bu, beynəlxalq hüququ pozsa da, Moduranın beynəlxalq legitimliyi yoxdur. Modura avtoritar sistem qurmuşdu. Venesuelanın neftlə zəngin sərvətlərindən ölkəni deyil, yalnız özünün şəxsi məqsədləri üçün istifadə etdi.

“Baş verənlər Moduranın anti-xalq siyasətinin nəticəsidir. Avtoritar sistem quranlar qorxaq və aciz olurlar. Fikir versək, müasir tarixdə avtoritar liderlərin aqibətləri acınacaqlı olur. İraq keçmiş lideri Səddam Hüseyn özünü güllələyib öldürə bilərdi. Amma buna cəsarəti çatmadı. Rüsvayçı şəkildə asdılar. Liviya lideri Qəddafi alçaldıcı şəkildə öldürüldü. Venesuelanin avtoritar lideri Nikola Madura cəsarət tapıb, döyüşmədi; rüsvayçı şəkildə yataq otağında təslim oldu”, - ekspert deyib.

E.Şahinoğlu qeyd edib ki, Vaşinqtonun Venesuellada həyata keçirdiyi hərbi əməliyyat ABŞ-ın çoxqütblü dünya ilə barışmadığını göstərir. Vaşinqton “Monro doktrinası”ndan çıxış edərək Venesuellanı ram etməyə qərar verib:

““Monro doktrinası”na görə, yəni ABŞ Prezidenti Ceyms Monronun 1823-cü ildə qəbul etdiyi doktrinaya görə Şimali və Cənubi Amerika ABŞ-ın həyati maraqları çəvçivəsinə aid edilmiş və Avropa ölkələri bu qitələrin işlərinə qarışmamalıydı. Vaşinqton eyni prinsiplə 1973-cü ildə Çilidə yerli hərbçilərin əli ilə solçu Prezident Salvador Alyendeni devirmişdi. Salvador Alyende kimi Nikolas Maduro da Amerikaya meydan sulayırdı, ikisinin də sonu oxşar oldu.

ABŞ-ın Venesuellada həyata keçirdiyi hərbi əməliyyata və Maduronun həbsinə iki növ reaksiyalar verilib. “Baş verənləri qınayırıq” deyənlər, ABŞ-ın hərbi əməliyyatından narahat olan dövlətlərdir. “Hadisələri diqqətlə izləyirik” - deyənlər isə ABŞ-ın tərəfdaşı və Vaşinqtondan çəkinənlərdir. Bütün hallarda heç bir dövlət, o cümlədən Rusiya və Çin Veneseualla və onun artıq keçmiş lideri Maduroya görə, Donald Trampla qarşıdurmaya getməyəcək”.

Politoloq son hadisələrdən ən çox narahat olan ölkələrin başında Çin gəldiyini deyib:

“Bunun bir neçə səbəbi var. Birincisi, Pekin Maduro ilə razılaşma əsasında Venesuella neftinin əsas alıcılarından idi. İkincisi, Çin şirkətləri Maduronin xeyri-duasıyla Venesuellanın nadir torpaq elementlərinin çıxarılması layihələrinə cəlb olunmuşdular. Pekində düşünürlər ki, Venesuellaya Amerikanın dəstək verdiyi siyasətçi rəhbər təyin olunarsa, Çin bu Latın Amerika ölkəsinin zənginliklərindən faydalana bilməyəcək. Halbuki, Tramp son çıxışında ABŞ-ın Venesuella neftinə sahib olmasından sonra bu ölkənin Çinə də neft satmaqda davam edə biləcəyini vurğulayıb. Çətin Pekin bu vədə inansın. Çünki, Trampın əsas hədəfi Rusiya deyil, Çindir və Ağ Ev sahibi müxtəlif çıxışlarında bunu gizlətməyib. Pekin Venesuella cəmiyyətinin Vaşinqtonun hökmranlığına müqavimət göstərməsini istəyir. Ancaq hələ ki, Veneseullada Amerikaya etiraz səsləri eşidilmir. Pekin başqa cəhdlərə də əl atıb. Çin Vaşinqtondan Maduro və onun həyat yoldaşını azad etməsini istəyib. Pekin baş verənlərin BMT Təhlükəsizlik Şurasında müzakirəsini də tələb edib. Pekin əlindən gələni edəcək ki, Trampın Venesuella əməliyyatı ABŞ-a siyasi və iqtisadi mənada baha başa gəlsin, bu ölkə Amerika üçün ikinci İraqa və ya Əfqanıstana çevrilsin”.

Pekinin Tayvan adası ətrafında hərbi gəmilərinin və hərbi təlimlərinin sayını artırmaq istəyinə gəlincə, politoloqun fikrincə, Venesuellada baş verənlərin fonunda Çin hakimiyyəti Tayvanı nəzarətə götürmək planlarını reallaşdırmaq barədə də düşünə bilər:

“Məntiq sadədir: “ABŞ beynəlxalq hüquqa zidd olaraq Venesuellaya müdaxilə edirsə, Çinin də özünə aid adanı ram etmək hüququ var”. Ancaq məsələ burasındadır ki, Tramp administrasiyasi Tayvanı da özününkü sayır və adanı Çinə təhvil vermək kimi planı yoxdur. Avtoritar liderlər qorxaq və iradəcə zəif olur...

ABŞ Prezdenti Donald Tramp son çıxışında Venesuelladan sonra növbənin Kuba, Meksika və Kolumbiyaya çatacağına işarə edib. Bu dövlətlər narahat olmalıdırlar. Dövlət katibi Marko Rubio Trampın özündən əvvəlki Prezidentlərdən fərqini belə qiymətləndirib: “Tramp nə deyirsə, onu da edir”.

ABŞ Kubada 1959-cu il inqilabından sonra Kastro rejimini devirmək üçün müxtəlif üsullara əl atdı, heç biri işə yaramadı, sonra SSRİ-nin “azadlıq adasından” nüvə başlıqlı raketlərini çıxarması qarşılığında Kuba rejimini devirməyəcəyi vədini verdi. Ancaq bu vədlər tarixdə qalıb, SSRİ yoxdur, Kastro da, üstəgəl Kuba artıq Venesuelladan ucuz neft ala bilməyəcək və bu hal kubalıların sosial durumunu daha da ağırlaşdıracaq. Tramp və onun Kuba əsilli dövlət katibi Rubio bu durumdan öz məqsədləri üçün istifadə barədə düşünə bilərlər.

ABŞ xüsusi təyinatlıları Kolumbiyada keçmiş illərdə narkokartellərə qarşı müxtəlif əməliyyatlar həyata keçiriblər. 1990-cı illərin əvvəllərində məşhur kolumbiyalı narkobaron Pablo Eskobara qarşı əməliyyatda amerikalı hərbi mütəxəssislər də iştirak ediblər. Kolumbiyanın hazırki Prezidenti solçu və partizan hərəkatının keçmiş üzvü Qustavo Petrodur. O Venesuella Prezidenti Nikolas Maduronun oğurlanmasına ən sərt reaksiya verən dövlət başçılarındandır. Bu baxımdan Kolumbiyanı ram etmək asan olmayacaq. Meksikaya gəldikdə, ABŞ-ın bu ölkənin narkokartelləri ilə mübarizə təcrübəsi var, indinin özündə Amerika həbsxalanalrında kifayət qədər meksikalı narkotacirlər var”.

Tahirə Qafarlı

Seçilən
71
hafta.az

1Mənbələr