Nəhayət, Freyzer Forster işsizliyə son qoyub.
"Football-plus.az" xəbər verir ki, “Bornmut” onun transferini rəsmən açıqlayıb. 37 yaşlı ingiltərəli qolkiperlə müddəti mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb. Forster yeni komandasında “17” nömrəli forma ilə çıxış edəcək.
Təcrübəli qapıçı 2025-ci ilin yanvarında “Tottenhem”dən ayrıldıqdan sonra klubsuz idi. Karyerası ərzində İngiltərə premyer-liqasında 155 oyun keçirən Freyzer bu matçlarda 204 top buraxıb.
O, daha əvvəl “Sauthempton”, “Nyukasl” və “Norviç” klublarının da formasını geyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta