AZ

WSJ: “Venesuelaya kim rəhbərlik edəcək?”

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “The Wall Street Journal (WSJ)” nəşrinin məlumatına görə, ABŞ-nin Venesueladakı hərbi əməliyyatına başlamazdan bir neçə həftə əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) hesabatı prezident Donald Trampa və onun administrasiyasının məhdud sayda rəsmilərinə təqdim edilib.

Sənəddə Maduronun hakimiyyəti necə itirə biləcəyi göstərilməsə də, müəlliflər ölkədəki daxili siyasi vəziyyəti hərtərəfli qiymətləndirməyə çalışıblar.

“2024-cü il prezident seçkilərinin faktiki qalibi sayılan müxalifət xadimləri Edmundo Qonsales və Nobel Sülh mükafatı laureatı Mariya Korina Maçado nə kifayət qədər legitimlik, nə də təhlükəsizlik qüvvələri üzərində effektiv nəzarəti təmin edə bilmirlər”,- analitiklərin qənaəti əsasında hazırlanmış hesabatda bildirilir.

Qəzet yazır ki, kəşfiyyat cəmiyyətinin çıxardığı nəticələr Trampın yanvarın 6-da Venesuelanın müvəqqəti prezidenti kimi and içən vitse-prezident Delsi Rodriqesi Maçadonun əvəzinə seçmək qərarına təsir edib. Hesabatda Rodriqez və daha iki yüksək vəzifəli məmurun ölkədə “asayişi qorumağa” qadir olduğu vurğulanıb.

Mənbələr digər mümkün namizədlərin adlarını açıqlamasa da, nəşrin məlumatına görə, söhbətDaxili İşlər naziri Diosdado Kabello və Müdafiə naziri Vladimir Padrino Lopesdən gedə bilər.

Latın Amerikası üzrə ekspertlər əvvəllər, o cümlədən Trampın ilk prezidentliyi dövründə xəbərdarlıq etmişdilər ki, Maduronun “layiqli bir əvəz” olmadan vəzifədən kənarlaşdırılması cinayət qruplarını gücləndirmək riski daşıyır və bu da öz növbəsində böyük təhlükəsizlik böhranı ilə nəticələnə bilər.

- Maçadonun hakimiyyətə gəlməsi “sehrli realizm” təsiri bağışlayır. Optimal həll yolu Rodriqesi seçkilərə başlamaq üçün təşviq etmək olardı. Lakin problem ondadır ki, görünür, ABŞ-də heç kim danışıqlarda fəal iştirak etmir”,- Tuleyn Universitetinin professoru Devid Smilt deyib.

“WSJ” onu da diqqətə çatdırır ki, Tramp administrasiyası Rodriqeslə qarşılıqlı əlaqə məsələsində öz mövqeyini ardıcıl şəkildə dəyişib.

Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodriqes əvvəlcə Vaşinqtonun hərəkətlərini ölkəyə qarşı təcavüz aktı kimim qiymətləndirsə də, daha sonra Vaşinqtonla əməkdaşlığa hazır olduğunu açıqlayaraq, ABŞ-nin Dövlət katibi Marko Rubio ilə danışıqlar aparıb.

Yanvarın 5-də həyat yoldaşı ilə birlikdə “narkoterrorizm” ittihamı ilə ABŞ məhkəməsi qarşısına çıxarıln Nikolas Maduro, öz növbəsində, fəaliyyətdə olan Venesuela prezidenti kimi qaldığını deyib.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
51
2
azvision.az

3Mənbələr