AZ

“Makron, Starmer və Merts vəzifələrini tərk edə bilər” - ABŞ ordusunun təqaüddə olan polkovniki

“Ukraynadakı münaqişənin davam etməsini dəstəkləyən üç Avropa ölkəsinin lideri bu il vəzifələrini tərk edə bilər”.

Missiya.Az xəbər verir ki, bunu ABŞ ordusunun təqaüddə olan polkovniki Lorens Uilkerson deyib.

Onun fikrincə, Almaniya kansleri Fridrix Merts, eləcə də Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer vəzifələrindən azad olunmaq təhlükəsi ilə üzləşirlər.

Polkovnik qeyd edib ki, sorğulara görə, bu üç ölkənin əhalisi Rusiya ilə müharibə istəmir, lakin onların liderləri Ukraynanı dəstəkləyərək anti-Rusiya siyasəti yürütməyə davam edirlər.

Bu baxımdan, Uilkerson Fransa, Almaniya və Böyük Britaniyada yeni liderlərin seçilməsi proseslərinin baş verə biləcəyini irəli sürür.

Eyni zamanda, polkovnik Ukraynadakı münaqişənin Avropa üçün dağıdıcı nəticələrinə diqqət çəkib.

Uilkerson qeyd edib ki, münaqişənin davam etməsi Ukraynanın və bəlkə də Avropada sülhün sonudur.

Daşqın HəsənovMissiya.Az

Seçilən
43
missiya.az

1Mənbələr