AZ

"Mançester Siti" üçün pis xəbər -Müdafiəçisi mövsümü buraxa bilər

"Mançester Siti" klubunun müdafiəçisi Yoşko Qvardiol uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Redaktor.az İngiltərə mediasına istinadən xəbər verir ki, xorvatiyalı müdafiəçi Premyer Liqanın XX turunda "Çelsi" ilə heç-heçə etdikləri oyunda (1:1) zədələnib.

23 yaşlı futbolçunun sağ baldırının sümüyü sınıb və əməliyyat olunmalıdır.

Xorvatiyalı futbolçunun mövsümün qalan hissəsini buraxması ehtimalı var.

Qeyd edək ki, Yoşko Qvardiol cari mövsüm ərzində 23 oyunda iştirak edib, dörd qol və üç məhsuldar ötürməyə imza atıb.

Seçilən
69
1
redaktor.az

2Mənbələr