AZ

Netanyahu Putindən NƏ XAHİŞ EDİB?

İsrailin baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putindən Tehrana İsrailin İrana hücum etmək niyyətində olmadığına dair mesaj ötürməsini xahiş edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Times of Israel" İsrailin dövlət teleradio şirkəti Kan-a istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, bu xahiş Netanyahu tərəfindən Putinlə son telefon danışıqları zamanı səsləndirilib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın İran ətrafında gərginliyin eskalasiyasından imtina etməyə çağırdığını bildirmişdi.

Seçilən
36
ikisahil.az

1Mənbələr