AZ

Mərkəzi Afrika Respublikasında prezident seçkilərinin qalibi elan olunub

Bakı, 6 yanvar, AZƏRTAC

Mərkəzi Afrika Respublikasının Milli Seçki Komissiyası dekabrın 28-də keçirilmiş prezident seçkilərində hazırkı dövlət başçısı Fosten-Arkanc Tuaderanı ilkin olaraq qalib elan edib.

AZƏRTAC xəbər verir ki, “Ndeke Luka” radiostansiyasının məlumatına görə, seçicilərin 52,42 faizinin iştirak etdiyi seçkilərdə Touadera 76,15 faiz səs toplayıb.

Dekabrın 28-də Mərkəzi Afrika Respublikasında prezident və parlament seçkiləri keçirilib. Dövlət başçısı postu uğrunda yeddi namizəd, o cümlədən 2016-cı və 2020-ci illərdəki seçkilərdə qalib gəlmiş Touadera mübarizə aparıb. 2023-cü ilin yayında referendumla qəbul edilən yeni konstitusiya ona üçüncü müddətə namizəd olmaq hüququ verib.

Yeni konstitusiyaya görə, bu ölkədə prezidentlik müddəti yeddi ildir.

Seçilən
27
2
azertag.az

3Mənbələr