AZ

Avropanın üç əsas lideri istefa verə bilər

Ukraynadakı müharibənin davam etməsinin tərəfdarı olan üç Avropa ölkəsinin lideri bu il istefa verə bilər.

Modern.az xəbər verir ki, bu iddia ilə ABŞ ordusunun təqaüddə olan polkovniki Lorens Uilkerson YouTube kanalında çıxışı zamanı bildirib.

O, Almaniya kansleri Fridrix Merts, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Keyr Starmerin istefa riski altında olduğuna inandığını vurğulayıb.

Polkovnik qeyd edib ki, sorğulara görə, bu üç ölkənin əhalisi Rusiya ilə müharibə istəmir, lakin onların liderləri Ukraynanı dəstəkləyərkən anti-Rusiya siyasəti yürütməyə davam edirlər. Buna görə də Uilkerson hesab edir ki, yeni liderlərin seçilməsi üçün seçkilər Fransa, Almaniya və Böyük Britaniyada keçirilə bilər.

Eyni zamanda, polkovnik Ukraynadakı münaqişənin Avropa üçün dağıdıcı nəticələrinə diqqət çəkib.

O qeyd edib ki, münaqişənin davam etməsi Ukraynada və bəlkə də Avropada sülhün sonu deməkdir.

Seçilən
31
4
modern.az

5Mənbələr