Bu il "Survivor" yarışmasında mübarizə aparan məşhurlar arasında yer alan Bayhan verdiyi qərarla sosial şəbəkələrdə gündəm olub.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı yarış iştirakçılarına həftəlik ayrılan 4 kilo düyünün 3 kilosunu bir dəfəyə bişirib.
Bu addım sosial media istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub. Paylaşımlara "Maaşım köçən həftə mən" kimi zarafatla dolu şərhlər yazılıb.
Bildirilib ki, Bayhanın bu davranışı yalnız izləyicilərin deyil, komanda yoldaşlarının da narazılığına yol açıb və adada gərgin anlar yaşanıb.
Musa
Milli.Az